Şərur rayonunun Dizə kəndində tibbi müayinə aksiyası keçirilib
Bu gün “Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsin ixtisaslı həkim heyəti tərəfindən Şərur Rayon Dizə Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində kənd sakinlərinə müxtəlif ixtisaslar üzrə tibbi xidmətlər göstərilib. Ümumilikdə 104 nəfər müayinədən keçib. Onlardan 12-si terapevtik, 15-i ginekoloji, 7-si pediatrik, 27-si rentgen, 21-i ultrasəs (USM), 5-i cərrahi, 17-si isə kardioloji müayinədən keçib.
Əhalinin sağlamlıq vəziyyətinin yoxlanılması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və vətəndaşların ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu cür tibbi müayinə aksiyalarının təşkili ölkədə səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi olmaqla əhalinin sağlamlığının qorunmasına göstərilən diqqət və qayğının bariz nümunəsidir.