Səhiyyə Nazirliyinin əməkdaşı birinci yerə layiq görülüb
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Rəqəmsal Mühafizə: Məlumat Təhlükəsizliyinin Gücləndirilməsi” mövzusunda keçirilən interaktiv maarifləndirmə və tətbiqetmə tədbirində təşkil edilən informasiya təhlükəsizliyi üzrə nəzəri biliklərə əsaslanan test yarışında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi statistika və rəqəmsallaşma sektorunun informasiya texnologiyaları və proqram təminatçısı üzrə baş məsləhətçisi Nüsrət Kərimov yüksək nəticə göstərərək birinci yerə layiq görülüb. Əməkdaşımızı bu uğur münasibətilə təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq.
Qeyd edək ki, 28 yanvar-Məlumatların Mühafizəsi Günü münasibətilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sı çərçivəsində dövlət qurumlarında informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması, mövcud risklər barədə məlumatlılığın gücləndirilməsi məqsədilə keçirilən tədbirdə muxtar respublika üzrə dövlət qurumlarının informasiya texnologiyaları mütəxəssisləri və informasiya təhlükəsizliyi üzrə məsul şəxsləri iştirak edib.
.jpeg)
.jpeg)
1.jpeg)

.jpeg)