...

Səhiyyə nazirliyində vətəndaş qəbulu keçirilib

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən nazirliyin inzibati binasında vətəndaş qəbulu keçirilib. Qəbulda nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.
Vətəndaş qəbulu zamanı ümumilikdə, 64 nəfərin müraciəti dinlənilib. Müraciətlər əsasən əlillik məsələləri, yerdəyişmə, müayinə və müalicə, eləcə də işlə təminatla bağlı olub.
Qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və həlli məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib. Bir sıra müraciətlər isə yerindəcə öz həllini tapıb.