Şəhid ailələri evlərində tibbi müayinədən keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayonunda keçirilən tibbi müayinə aksiyası çərçivəsində şəhid ailələrinin sağlamlıq vəziyyətinə də xüsusi diqqət göstərilib.
Həkim briqadası sağlamlıq vəziyyətlərinə görə tibb müəssisəsinə müraciət etmək imkanı olmayan şəhid ailələrinin yaşadıqları ünvanlara baş çəkərək onları ev şəraitində tibbi müayinədən keçirib. Müayinələr zamanı vətəndaşların sağlamlıq vəziyyəti qiymətləndirilib, onlara həkim məsləhətləri verilib.