...

Sədərək Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinə aksiyası keçirilib

Fevralın 12-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasında tibbi aksiyası keçirilmişdir.

Aksiyanın məqsədi əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və ixtisaslaşmış tibbi xidmətə əlçatanlığın artırılması olmuşdur.

Tibbi briqadanın tərkibində müxtəlif ixtisaslar üzrə həkim və ekspert heyəti iştirak etmişdir. Tibbi aksiyada ixtisaslı həkimlər tərəfindən rayon sakinlərindən  54 nəfərə terapevtik, 78 nəfərə kardiologiya, 40 nəfərə nevrologiya, 64 nəfərə oftalmologiya, 31 nəfərə otorinolarinqologiya, 30 nəfərə endokrinologiya, 43 nəfərə travmatologiya, 23 nəfərə cərrahi, 15 nəfərə stomatologiya, 34 nəfərə ginekologiya, 14 nəfərə fizioterapiya və 10 nəfərə hematologiya üzrə tibbi xidmətlər göstərilmişdir.

Aksiya çərçivəsində ümumilikdə, 436 rayon sakini tibbi müayinədən keçirilmişdir. Onlardan  müxtəlif xəstəlik əlamətləri aşkarlanmış vətəndaşlar əlavə laborator müayinələrə yönləndirilmiş, ehtiyacı olanlara  ambulator müalicə təyin edilmiş, 37 nəfərə isə ixtisaslaşmış tibb müəssisələrinə göndərilmə si tövsiyə olunmuşdur.

İmtiyazlı sakinlər, şəhid ailələri, qazilər və əlilliyi olanlara birincili tibbi xidmət göstərilmişdir.

Aksiya zamanı mərkəzi xəstəxanaya gəlmə imkanı olmayan vətəndaşlara yaşadıqları ünvanda xidmət göstərilmiş və ya onların avtomobil dəstəkli tibbi briqadanın müşayiəti ilə Sədərək rayon Mərkəzi Xəstəxanasına təxliyyəsi təşkil edilmişdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən bölgələrdə mütəmadi şəkildə təşkil olunan bu cür tibbi aksiyalar əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və tibbi xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.