...

Rəşadət Nabatov vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən Səhiyyə Nazirliyinin inzibati binasında vətəndaş qəbulu keçirilib.
Qəbulda 47 nəfər vətəndaş iştirak edib. Vətəndaşlar səhiyyə sahəsi ilə bağlı onları maraqlandıran məsələləri diqqətə çatdırıblar.
Rəşadət Nabatov vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.