...

Rəşadət Nabatov Ordubad rayonunda vətəndaşları qəbulu edib

Muxtar respublikanın bütün bölgələrində vətəndaşların problemlərinin yerində öyrənilməsi və onların həllinə dəstək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən Ordubad rayonunda növbəti vətəndaş qəbulu keçirilib.
Qəbuldan əvvəl səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər.
​Ordubad Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında keçirilən qəbul zamanı ümumilikdə 25 nəfər vətəndaşın səhiyyə sahəsi ilə bağlı müraciətləri, təklif və şikayətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən tibbi xidmətlərin təşkili, müalicə və müayinələrin aparılması, işlə təminat, eləcə də səhiyyə sahəsinə aid digər məsələlərlə bağlı olub.
​Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırma tələb edən müraciətlərlə bağlı isə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.