...

Qurban bayramı günlərində sanitariya-gigiyenik qaydalara uyğun heyvan kəsiminin təşkili diqqət mərkəzində saxlanılıb

Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamına uyğun olaraq ölkədə heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsiminin qarşısının alınması, istehlakçı hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçirilir.
Bu çərçivədə 27-28 may 2026-cı il tarixlərində keçirilən Qurban bayramı ilə əlaqədar Naxçıvanda fəaliyyət göstərən çadır tipli kəsim məntəqələrində Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti və onun regional mərkəzləri tərəfindən geniş dezinfeksiya işləri aparılıb.
Həyata keçirilən tədbirlər bayram günlərində əhalinin sağlamlığının qorunmasına, sanitariya-gigiyenik təhlükəsizliyin təmin olunmasına və kəsim prosesinin mövcud tələblərə uyğun təşkilinə xidmət edib.