...

Qazançı Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası təşkil olunub

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsinin ixtisaslı həkim briqadası tərəfindən     fevralın 25-də Culfa Rayon Qazançı Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində vətəndaşlara ginekoloji, ultrasəs müayinəsi (USM), pediatrik və laborator xidmətlər göstərilib. Müayinələr zamanı ümumilikdə 40-a yaxın vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilib, aşkar olunan hallara uyğun olaraq lazımi tibbi məsləhətlər verilib və müalicə üsulları təyin olunub.

Keçirilən tibbi aksiya əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin gücləndirilməsi ilə yanaşı, səhiyyə sahəsində dövlət qayğısının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir.