...

Penitensiar müəssisədə skrininq müayinəsi və maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstək və təşkilatçılığı ilə "Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi" PHŞ  və Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin həkim kollektivindən ibarət heyət iyunun 9-da  Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində fəaliyyət göstərən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində  skrininq müayinəsi və  maarifləndirici tədbir keçirib.
“İnsan hüquqlarının müdafiəsi” mövzusuna həsr olunan tədbirdə məhkumlar arasında qan və cinsi yolla yoluxan infeksiyalar, bu xəstəliklərdən qorunma yolları, erkən diaqnostikanın əhəmiyyəti və sağlam həyat tərzinin təşviqi istiqamətində geniş məlumat verilib.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, yoluxucu xəstəliklərin profilaktikası ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Belə tədbirlərin keçirilməsində əsas məqsəd əhali qrupları arasında sağlamlıq savadlılığının artırılması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması və ictimai sağlamlığın qorunmasına töhfə verməkdir.