...

Ordubad rayonunun Tivi kəndində tibbi müayinə aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən Ordubad rayonunun Tivi kəndində tibbi müayinə aksiyası keçirilib.

Tivi Kənd Ailə Sağlamlıq Mərkəzində təşkil olunan aksiya çərçivəsində sakinlər kardiologiya, radiologiya, nevropatologiya, terapiya, LOR, endokrinologiya və cərrahiyyə ixtisasları üzrə tibbi müayinələrdən keçirilib, vətəndaşlara zəruri tibbi məsləhətlər verilib.

Aksiya müddətində ümumilikdə 117 nəfər vətəndaş müayinələrə cəlb olunub. Həkimlər tərəfindən 7 LOR, 14 terapevtik, 19 cərrahi, 10 endokrinoloji, 16 kardioloji, 15 nevropatoloji və 36 radioloji müayinə aparılıb. Müayinələr zamanı müxtəlif sağlamlıq problemləri aşkarlanan şəxslərə əlavə müayinə və müalicə ilə bağlı müvafiq tövsiyələr təqdim edilib.

Belə tibbi aksiyaların keçirilməsi əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və regionlarda ixtisaslı tibbi xidmətə əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət və qayğının nəticəsi olaraq bu cür aksiyalar mütəmadi davam etdirilir.