...

Naxçıvanın həkim-kardioloqları Beynəlxalq Konqresdə iştirak edib.

Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Şəlalə Qarayeva və Naxçıvan Sağlamlıq Mərkəzinin həkim kardioloqu İlyas Məmmədyarov 21-24 noyabr 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmiş “Beynəlxalq Ürək və Damar Cərrahiyyəsi Konqresi”ndə iştirak ediblər. Onların bu konqresə qatılması “Türk İşbirliyi və Koordinasiya Agentliyi” (TİKA) ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşlığı sayəsində mümkün olub. Tədbir çərçivəsində iştirakçılar ürək və damar cərrahiyyəsi sahəsində müasir yanaşmalar, yeni texnologiyalar və innovativ müalicə üsulları barədə məlumat mübadiləsi aparıblar. Həkimlərimiz bu beynəlxalq tədbirdə iştirak edərək həm öz təcrübələrini zənginləşdirib, həm də Naxçıvan səhiyyəsini yüksək səviyyədə təmsil ediblər.