...

Naxçıvanda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş maarifləndirici aksiya keçirilib

“Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri” PHŞ tərəfindən  24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Babək Rayon Nehrəm kəndində maarifləndirici aksiya təşkil olunub.

​Belə ki, ilk olaraq Dispanserin həkim heyəti tərəfindən Babək Rayon Nehrəm Kənd Sahə Xəstəxanasında mart ayının 12-də maarifləndirici tədbir təşkil edilib. Tədbirdə həkimlər tərəfindən vərəm xəstəliyinin erkən aşkarlanmasının əhəmiyyəti, xəstəliyin rentgenoloji diaqnostikası, həmçinin aksiya çərçivəsində bakterioloji diaqnostika üsulları barədə iştirakçılara ətraflı məlumat verilib.

​Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar həkimlər tərəfindən cavablandırılıb.

​Aksiya çərçivəsində səyyar flüoroqrafiya müayinələri də aparılıb. Ümumilikdə 34 nəfər flüoroqrafik müayinədən keçirilib ki, onlardan 2 nəfərə Diaskintest sınağı qoyulub.

​Belə tədbirlərin keçirilməsində əsas məqsəd vərəm xəstəliyinin erkən mərhələdə aşkarlanması, əhali arasında xəstəliklə bağlı maarifləndirmənin gücləndirilməsi və profilaktik tədbirlərin genişləndirilməsidir.