...

Naxçıvanda “Multimorbid xəstəliklərin idarə olunması” mövzusunda həkimlər üçün sertifikasiyaönü kurs keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əiyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Naxçıvan şəhərində “Multimorbid xəstəliklərin idarə olunması” mövzusunda sertifikasiyaönü təlim kursu təşkil edilib.
​23 noyabr – 04 dekabr 2026-cı il tarixlərini əhatə edən kursda Naxçıvandan olan 53 nəfər həkim – terapevt, ailə həkimi, endokrinoloq, qastroenteroloq, revmatoloq və kardioloq iştirak edir.
​Kursun tədrisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əiyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Gülüstan Babayeva tərəfindən keçirilir.
​Kursun əsas məqsədi müxtəlif yanaşı xəstəliklərin kompleks idarə olunması, müasir diaqnostika və müalicə yanaşmaları üzrə həkimlərin bilik və peşəkar bacarıqlarının artırılmasıdır.
​Kursun ümumi tədris yükü 60 DTT kreditindən ibarətdir.