Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən nazirliyin inzibati binasında vətəndaş qəbulu keçirilib.
Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən nazirliyin inzibati binasında vətəndaş qəbulu keçirilib. Qəbulda 80-ə yaxın vətəndaş iştirak edib.
Vətəndaşların müraciətləri əsasən işlə təminat məsələləri ilə bağlı olub. Qəbul zamanı müraciətlər diqqətlə dinlənilib, texniki işlə bağlı müvafiq vakansiyalar üzrə müraciət edən vətəndaşlar müsahibədə iştirak etmək üçün qeydiyyata alınıb.
Tibb bacısı ixtisası üzrə müraciət edən vətəndaşlara isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilən vakansiyalar üzrə elektron qeydiyyatdan keçərək müsahibədə iştirak etmələrinin zəruri olduğu bildirilib.


.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)