...

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov vətəndaş qəbulu keçirdi

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov vətəndaş qəbulu keçirdi
Bu gün Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov nazirliyin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib. Qəbulda nazirliyin aidiyyatı struktur bölmə rəhbərləri də iştirak ediblər.
Görüş zamanı vətəndaşlar səhiyyə ilə bağlı qarşılaşdıqları problemləri birbaşa nazirə çatdırıblar. Müayinə və müalicə xidmətləri, dərman təminatı və işlə təminat məsələləri əsasən müzakirə edilən mövzular arasında olub.
Nazir, hər bir müraciətə diqqətlə yanaşaraq, məsələlərin həlli üçün müvafiq addımların atılması ilə bağlı göstərişlər verib.