Naxçıvan Muxtar Respublikasında “Təcili tibbi yardım üzrə təlim” keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Təcili tibbi yardım üzrə təlim” keçirilib.
Təlim Naxçıvan Muxtar Respublikası Xəstəxanasında baş tutub. Tədbirdə təcili tibbi yardım şöbələrində çalışan həkim, feldşer və orta tibb işçiləri iştirak ediblər.
Təlim Şərur Regional Tibb Mərkəzinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin həkimi Əkrəm Məmmədli tərəfindən keçirilib.
Təlim zamanı iştirakçılara təcili tibbi yardım sahəsində nəzəri və praktik biliklər təqdim olunub, həyati təhlükəli hallarda operativ müdaxilə üsulları, ilkin tibbi yardımın düzgün təşkili, reanimasiya tədbirləri, travma zamanı yanaşmalar və xəstələrin idarə olunması prinsipləri barədə məlumat verilib. Eyni zamanda simulyasiya əsaslı praktiki məşğələlər təşkil olunaraq iştirakçıların peşəkar bacarıqlarının inkişaf etdirilməsinə diqqət yetirilib.
.jpeg)

.jpeg)