...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələri SUVAR Aksiyasına dəstək verib.    

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələri SUVAR Aksiyasına dəstək verib.                                                     

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “SUVAR” aksiyası keçirilmişdir. Aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək vermək, mövcud yaşıllıqların qorunması və onlara göstərilən qayğını artırmaq, eyni zamanda ağacların suvarılması və yaşıllıq sahələrinə mütəmadi qulluq göstərilməsi olmuşdur.

Aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının müxtəlif qurumları fəallıq nümayiş etdirmiş, o cümlədən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələrinin əməkdaşları tərəfindən iməciliklər təşkil edilmiş, müəssisələrin həyətyanı sahələrində ağaclara qulluq göstərilmiş və onların suvarılması təmin olunmuşdur.

Ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması və yaşıllıqların artırılması istiqamətində atılan bu cür addımlar vətəndaş məsuliyyətinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən “SUVAR” aksiyası bir daha təsdiq edir ki, ekoloji mədəniyyətin formalaşdırılması və yaşıl mühitin qorunması ümummilli məsələyə çevrilmişdir.