Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi Ulu Öndərin abidəsini ziyarət edib.
12 Dekabr tarixində Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi Ulu Öndərin möhtəşəm abidəsini ziyarət edib, onun əziz xatirəsini böyük ehtiramla yad etdilər.
Ziyarət zamanı Ulu Öndərin Azərbaycan xalqının rifahı, ölkəmizin müstəqilliyinin qorunması və inkişafı naminə göstərdiyi misilsiz xidmətlər xatırlanıb, onun siyasi irsinin əbədiyaşar olduğu bir daha vurğulanıb. Heydər Əliyevin ideyaları bu gün də müstəqil Azərbaycanın davamlı inkişafının əsas sütunu olaraq qalır.
Səhiyyə Nazirliyinin əməkdaşları Ulu Öndərin xatirəsi önündə dərin hörmət və minnətdarlıqla əyilərək, onun vətəninə, xalqına bəxş etdiyi parlaq gələcək üçün əbədi minnətdar olduqlarını bir daha ifadə etdilər.
Heydər Əliyevin ideyaları hər bir azərbaycanlının qəlbində yaşayır və gələcək nəsillər üçün əbədi yol göstəricisi olaraq qalacaq. Bu gün onun ruhu qarşısında baş əyərək, böyük liderin xatirəsini dərin ehtiramla yad edirik.