...

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən 24 aprel 2026-cı il tarixində Səhiyyə Nazirliyinin inzibati binasında vətəndaş qəbulu keçirilib.
Ümumilikdə 47 nəfər vətəndaşın müraciətinin dinlənildiyi qəbulda səsləndirilən təklif və şikayətlər diqqətlə araşdırılıb, qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib. Bəzi müraciətlər yerində həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.