Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov vətəndaş qəbulu keçirib
İyulun 9-da Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən Səhiyyə Nazirliyinin inzibati binasında vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər araşdırılıb və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Müraciətlər əsasən tibbi xidmətlərin təşkili, müalicə və müayinə məsələləri və işlə təminat məsələlərini əhatə edib.
Qəbulda ümumilikdə 42 nəfər vətəndaş iştirak edib.
Qeyd olunub ki, vətəndaş müraciətlərinin operativ və obyektiv şəkildə araşdırılması, insanların problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi səhiyyə sahəsində həyata keçirilən fəaliyyətin əsas istiqamətlərindən biridir.


