...

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən Culfa rayonunda növbəti vətəndaş qəbulu keçirilib

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən Culfa rayonunda növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı vətəndaşların səhiyyə sahəsi ilə bağlı müraciətləri, təklif və şikayətləri dinlənilib.
​Qəbul çərçivəsində ümumilikdə 30 nəfər vətəndaşın müraciəti qeydə alınıb. Vətəndaşların müraciətləri əsasən tibbi xidmətlərin təşkili, müalicə və müayinələrin aparılması, işlə təminat, eləcə də səhiyyə sahəsinə aid digər məsələlərlə bağlı olub.
​Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, araşdırma tələb edən müraciətlərlə bağlı isə müvafiq tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.