Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov Şahbuz Rayon Mərkəzi Xəstəxanasında vətəndaş qəbulu həyata keçirib
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov Şahbuz Rayon Mərkəzi Xəstəxanasında vətəndaş qəbulu həyata keçirib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və onların mövcud problemləri ilə bağlı geniş müzakirələr aparılıb. Qəbulda 80-ə yaxın vətəndaş iştirak edib. Müraciətlər əsasən işlə təminat, əlilliklə bağlı məsələlər, eləcə də dərman vasitələri ilə təminat kimi mövzuları əhatə edib. İşlə təminatla bağlı müraciət edən şəxslər vakant vəzifələr üzrə müsahibələrə cəlb olunmaq üçün qeydiyyata alınıb.
Qaldırılan digər məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinə həssas yanaşılması və onların operativ şəkildə cavablandırılması istiqamətində Nazirlik tərəfindən zəruri tədbirlərin görüləcəyi bildirilib.
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
