...

Naxçıvan Muxtar Respublikası Qan Bankı və Qanköçürmə Mərkəzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi və tabeli tibb müəssisələrinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Qan Bankı və Qanköçürmə Mərkəzində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi və tabeli tibb müəssisələrinin əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib. Aksiya könüllü donor hərəkatının təşviqi, qan ehtiyatlarının artırılması və ehtiyacı olan xəstələrin qan və qan komponentləri ilə təminatına dəstək məqsədi daşıyıb.

Tədbir zamanı əməkdaşlar könüllü olaraq qan verərək bu humanist təşəbbüsə qoşulublar. Qanvermə prosesi tibbi standartlara uyğun, həkim nəzarəti altında və təhlükəsiz şəraitdə həyata keçirilib.

Aksiya çərçivəsində iştirakçılara könüllü donorluğun əhəmiyyəti barədə məlumat verilib, cəmiyyətdə qanvermə mədəniyyətinin formalaşdırılmasının vacibliyi vurğulanıb.