Naxçıvan MR səhiyyə naziri Samiq Sadıxov Babək rayonunda vətəndaş qəbulu həyata keçirib
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov, Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirib.
Qəbuldan əvvəl, nazir Samiq Sadıxov, Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradovla birlikdə, ümummilli lider Heydər Əliyevin Babək Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən abidəsi önünə gül dəstələri qoyaraq, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinin də iştirak etdiyi qəbul zamanı 20-dən çox vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən iş təminatı, müayinə, müalicə və əlilliyin təyini ilə bağlı məsələləri əhatə edib.
Müraciətlərin araşdırılaraq qanunvericiliyə uyğun şəkildə qiymətləndirilməsi məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzi məsələlər isə yerindəcə həll edilib.