“Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusunda təlim keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsində “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” mövzusunda təlim keçirilib.
Təlim zamanı iş yerlərində təhlükəsizlik qaydalarına riayət olunması, elektrik və digər avadanlıqlardan təhlükəsiz istifadə, mümkün risklərin qarşısının alınması, eləcə də fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib. Əməkdaşların təhlükəsizlik tələblərinə əməl etməsinin həm özlərinin, həm də ətrafdakı şəxslərin sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Təlimin məqsədi əməyin mühafizəsi üzrə vəzifələrdə çalışan əməkdaşların bu sahədə məlumatlandırılması və tibb müəssisələrində təhlükəsiz əmək şəraitinin təmin olunmasına xidmət edir.



