...

Kəngərli rayonunun Qıvraq qəsəbəsində tibbi aksiya keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən Kəngərli rayonunun Qıvraq Qəsəbə Ailə Sağlamlıq Mərkəzində tibbi aksiya təşkil olunub.
​Aksiya çərçivəsində vətəndaşlar ümumilikdə 61 müayinədən keçirilib. Müayinələrin bölgüsü üzrə endokrinoloji 8, USM 10, göz 12, nevroloji 7, kardioloji 10, cərrahi 5 və LOR üzrə 9 müayinə qeydə alınıb.
​Bu cür tibbi aksiyalar əhalinin ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.