...

Kəngərli rayonunda vətəndaş qəbulu keçirilib

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov tərəfindən Kəngərli Rayon Mərkəzi Xəstəxanasında vətəndaş qəbulu keçirilib.
Qəbulda 43 vətəndaş iştirak edib. Vətəndaşların səhiyyə sahəsi ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaş müraciətlərinin dinlənilməsi və onların həlli istiqamətində tədbirlərin görülməsi əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunmasına xidmət edir.