Hemodializ Mərkəzində maarifləndirici tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq tapşırığı əsasında “Naxçıvan Hemodializ Mərkəzi” publik hüquqi şəxsində tibb işçilərinin etik davranış və daxili intizam qaydalarına riayət olunması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər səhiyyə işçilərinin peşə etikası qaydalarına əməl etməsinin, pasiyentlərlə nəzakətli və diqqətli davranmasının, tibbi sirrin qorunmasının və peşə məsuliyyətinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, etik davranış prinsiplərinə riayət edilməsi pasiyent məmnuniyyətinin və göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayır.
Həmçinin, pasiyentlərin hüquqlarının qorunması, tibbi məlumatların məxfiliyinin təmin edilməsi, əmək intizamına və peşə etikası prinsiplərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.