Culfa rayonunun Gal kəndində tibbi aksiya keçirilib
13 oktyabr 2026-cı il tarixində Culfa Regional Tibb Mərkəzinin ixtisaslı həkim briqadası tərəfindən rayonun Gal kəndində tibbi aksiya keçirilib. Aksiya çərçivəsində sakinlərin sağlamlıq vəziyyəti qiymətləndirilib, müxtəlif ixtisaslar üzrə müayinələr aparılıb.
Aksiya zamanı 5 terapevtik, 11 kardioloji, 1 ginekoloji, 2 nevroloji, 1 pediatrik və 16 ultrasəs müayinəsi (USM) olmaqla, ümumilikdə 36 müayinə aparılıb.
Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və ixtisaslı tibbi xidmətin əlçatanlığının artırılması məqsədi daşıyan bu cür aksiyalar dövlətin səhiyyəyə göstərdiyi diqqət və qayğının mühüm təzahürüdür.