Culfa rayonunda tibbi müayinə aksiyası keçirilib
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, “Culfa Regional Tibb Mərkəzi” PHŞ-nin ixtisaslı həkim briqadasının iştirakı ilə Culfa rayonunun Milax kəndində tibbi müayinə aksiyası keçirilib.
Aksiya çərçivəsində sakinlər terapevtik, oftalmoloji, kardioloji, radioloji, ginekoloji və nevroloji müayinələrdən keçiriliblər. Müayinələr zamanı vətəndaşlara ilkin tibbi xidmət göstərilib, zəruri hallarda əlavə müalicə və ixtisaslaşmış tibbi müəssisələrə yönləndirmələr aparılıb.
Keçirilən aksiya zamanı ümumilikdə 43 nəfər tibbi müayinədən keçirilib. Bunlardan 4 nəfər terapevtik, 9 nəfər oftalmoloji, 10 nəfər kardioloji, 10 nəfər ginekoloji, 10 nəfər isə nevroloji müayinədən keçib.
Qeyd edək ki, bu cür tibbi aksiyalar əhalinin sağlamlığının qorunması, erkən diaqnostikanın aparılması və regionlarda yaşayan vətəndaşların ixtisaslı tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə mütəmadi olaraq davam etdirilir. Həyata keçirilən tədbirlər dövlətin səhiyyə sahəsinə və vətəndaşların sağlamlığına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.