BMT-nin Uşaq Fondu (UNİCEF) nümayəndələri Naxçıvanda immunizasiya proqramlarının icra səviyyəsini qiymətləndirmək məqsədilə yoxlamalar aparıblar
BMT-nin Uşaq Fondu (UNICEF) nümayəndələri Naxçıvanda bir sıra xəstəxanalarda immunizasiya proqramlarının icra səviyyəsini qiymətləndirmək məqsədilə yoxlamalar aparıblar. Bu proseslər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın iştirakı ilə həyata keçirilib.
Yoxlamalar zamanı Naxçıvanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvan şəhərində, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sədərək və Kəngərli rayonlarında immunizasiya proqramlarının icrası araşşdırılıb.
Bu yoxlamaların əsas məqsədi, immunizasiya tədbirlərinin düzgün və vaxtında yerinə yetirilməsini, peyvəndlə bağlı məlumatların dəqiqliyini və əhalinin bu sahədəki maarifləndirilməsi səviyyəsini qiymətləndirmək olub. UNICEF nümayəndələrinin apardığı yoxlamalar, bölgələrdə uşaq sağlamlığının qorunmasına yönəlmiş proqramların effektivliyini təmin etmək məqsədini daşıyıb.