...

Bayram günlərində təcili tibbi yardım xidmətləri fasiləsiz fəaliyyət göstərib

Bayram günləri ərzində Naxçıvan ərazisində təcili tibbi yardım xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib. Vətəndaşların sağlamlığının qorunması və operativ tibbi yardımın göstərilməsi məqsədilə aidiyyəti tibb müəssisələri tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Muxtar respublika üzrə ümumilikdə 1005 təcili tibbi yardım çağırışı qeydə alınıb. Çağırışlara operativ reaksiya göstərilərək xəstələrə yerində tibbi yardım göstərilib, zəruri hallarda isə tibb müəssisələrinə təxliyyə həyata keçirilib.

Bayram günlərində ümumilikdə 150 nəfər müxtəlif tibb müəssisələrinə təxliyyə olunub.

Eyni zamanda, iki zəhərlənmə faktı qeydə alınıb. Belə ki, 28 may 2026-cı il tarixində Naxçıvan şəhəri üzrə dərman zəhərlənməsi, 29 may 2026-cı il tarixində isə Şahbuz rayonu üzrə qida zəhərlənməsi hadisəsi baş verib. Hər iki şəxsə zəruri tibbi yardım göstərilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi vətəndaşlara bayram və istirahət günlərində sağlamlıqla bağlı hər hansı narahatlıq yarandıqda vaxtında tibb müəssisələrinə və təcili tibbi yardım xidmətinə müraciət etməyi tövsiyə edir.