...

Babək rayonunun Nəhəcir kəndində növbəti tibbi müayinə aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tibbi müayinə aksiyaları davam etdirilir.
Bu çərçivədə Babək Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkim briqadası tərəfindən Babək rayonunun Nəhəcir kəndində növbəti tibbi müayinə aksiyası təşkil olunub.
Aksiya zamanı vətəndaşlara terapevt tərəfindən 9, USM müayinəsi üzrə 14, kardiorevmatoloq tərəfindən 17, EKQ müayinəsi üzrə 17, ginekoloq tərəfindən 15, pediatr tərəfindən 11, LOR həkimi tərəfindən isə 7 nəfər olmaqla, ümumilikdə 90 tibbi müayinə həyata keçirilib.
Müayinələrin nəticəsində vətəndaşlara sağlamlıq vəziyyətləri ilə bağlı tibbi məsləhətlər verilib, əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə bu cür tibbi müayinə aksiyalarının növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulur.