...

Babək rayonunda tibbi müayinə aksiyası keçirilib

18 avqust 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin ixtisaslı həkim briqadası tərəfindən tibbi müayinə aksiyası təşkil edilib.
​Babək Rayonu “Aşağı Buzqov Kənd Tibb Məntəqəsi”ndə keçirilən aksiya çərçivəsində sakinlər müxtəlif ixtisaslar üzrə tibbi müayinələrdən keçirilib. Belə ki, 13 terapevtik, 16 EXO, 15 EKQ, 8 LOR, 5 cərrahi, 11 pediatrik və 16 USM müayinəsi aparılıb.
​Ümumilikdə 88 tibbi müayinə həyata keçirilib.
​Aksiya əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə reallaşdırılıb.