Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin ixtisaslı həkimləri tərəfindən Babək şəhər 1 və 2 nömrəli tam orta məktəblərdə, həmçinin Şəkərabad, Qoşadizə kəndlərində yerləşən ümumtəhsil müəssisələrində və məktəbəqədər təhsil ocaqlarında profilaktik tibbi müayinələr təşkil olunub.

Müayinələr təsdiq olunmuş qrafik əsasında planlı şəkildə həyata keçirilərək bütün uşaq kontingentini əhatə edib. Proses mərhələli formada — ilkin skrininq, dərinləşdirilmiş müayinə və yekun qiymətləndirmə olmaqla aparılıb.
Tibbi baxışlar pediatr, oftalmoloq, nevropatoloq, endokrinoloq, stomatoloq və psixoloq kimi ixtisaslı həkimlərdən ibarət briqadalar tərəfindən həyata keçirilib.
Ümumilikdə 1025 şagird tibbi müayinədən keçib. Müayinələrin nəticələrinə əsasən uşaqlar sağlamlıq qruplarına bölünəcək, risk qrupuna daxil olanlar əlavə müayinələrə yönləndiriləcək və zəruri hallarda dispanser qeydiyyatına götürüləcəklər.
Həyata keçirilən bu profilaktik tədbirlər uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və onların sağlam inkişafının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
1.jpeg)
.jpeg)

.jpeg)