Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin təşkilatçılığı ilə “Təqib və izləmə sistemi” mövzusunda təlim keçirilib.
Təqib və izləmə sistemi tibb müəssisələrində və apteklərdə dərman vasitələrinin təhlükəsiz və effektiv idarə olunmasını təmin edən mühüm bir vasitədir. Bu sistemin daha səmərəli tətbiqi üçün əlaqəli müəssisə və apteklərdə çalışan mütəxəssislərin mütəmadi təlimlərdən keçməsi zəruridir.
Təlim zamanı iştirakçılara sistemin iş prinsipləri, tətbiq üsulları və üstünlükləri geniş və əhatəli şəkildə izah edilib. Bu yanaşma, müəssisələrin və apteklərin potensial çətinlikləri daha asanlıqla aradan qaldırmasına, eləcə də iş proseslərinin səmərəliliyinin artırılmasına şərait yaradır. Təlim çərçivəsində müvafiq qurumlara praktiki nümunələr və ətraflı izahlar təqdim olunub, bu da təqib və izləmə proseslərinin keyfiyyətinin yüksəldilməsinə, ümumi səhiyyə xidmətlərinin təkmilləşdirilməsinə zəmin yaradıb.