Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XV Regional Konfransı Naxçıvan şəhərində keçirilib.
Bu gün Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XV Regional Konfransı Naxçıvan şəhərində keçirilib. Tədbirdə Azərbaycan və Naxçıvan Muxtar Respublikasından olan oftalmoloqlar, tibb işçiləri və müxtəlif ixtisas üzrə həkimlər iştirak ediblər.
Konfrans Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatovun açılış nitqi ilə başlayıb. Rəşadət Nabatov oftalmologiya sahəsində elmi əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra Milli Oftalmologiya Mərkəzinin direktoru, t.e.d., professor Elmar Qasımov çıxış edərək sahədə əldə olunan yeniliklər, aparılan işlər və qarşıdakı hədəflər barədə məlumat verib, davamında sözü digər çıxışçılara təqdim edib.
Konfrans çərçivəsində Naxçıvan Muxtar Respublikasının oftalmoloqları da məruzələrlə çıxış edərək bölgədə oftalmoloji xidmətlərin mövcud vəziyyəti, görülən işlər və inkişaf perspektivləri barədə məlumat veriblər.
Tədbir zamanı oftalmologiya sahəsində aktual mövzular ətrafında geniş müzakirələr aparılıb və elmi-praktik fikir mübadiləsi həyata keçirilib.

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)