Nazir
Samiq Asəf oğlu Sadıxov
1987-ci il yanvarın 8-də Naxçıvan şəhərində anadan olub.
2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub, 2010-cu ildə fakültəni bitirib. 2010-2011-ci illərdə Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında internatura təhsilini başa vuraraq həkim-oftalmoloq ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında həkim-oftalmoloq kimi başlayıb, 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında bölmə müdiri, həkim-oftalmoloq kimi fəaliyyət göstərib. 2015-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində müəllim kimi fəaliyyətini davam etdirib.
02.05.2017-07.12.2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru, 07.12.2020-12.04.2023-cü illərdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin direktoru vəzifəsində çalışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 12 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib, nazir vəzifələrini müvəqqəti icra edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il 31 may tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası səhiyyə naziri vəzifəsinə təyin edilib.
Ailəlidir, 1 övladı var.