Nazir müavini, nazir vəzifələrini icra edən
Rəşadət Qurban oğlu Nabatov
1977-ci il aprelin 23-də Naxçıvan şəhərində anadan olub.
1993-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsinə daxil olub, 1999-cu ildə həmin fakültəni bitirib. 1999-2000-ci illərdə Naxçıvan Respublika Xəstəxanasında internatura təhsilini başa vuraraq həkim-nevropatoloq ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 2000-ci ildən Naxçıvan şəhər Xəstəxanasında həkim-nevropatoloq kimi başlayıb, 2003-2024-cü illərdə Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində baş həkim kimi fəaliyyət göstərib. 2006-cı ildən 2025-ci ilə qədər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin ştatdan kənar baş psixiatrı təyin olunmuşdur. 2024-2025-ci illərdə “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-də və “Naxçıvan Muxtar Respublika Xəstəxanası” PHŞ-də direktor kimi fəaliyyətini davam etdirib.
01 dekabr 2025-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin imzaladığı sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini təyin edilib, Sərəncama uyğun olaraq, səhiyyə nazirinin səlahiyyətlərini icra edir.
Ailəlidir, 3 övladı var.