Xarici diplomların tanınması ilə bağlı

Tibb kadrlarının vahid registrində təhsil məlumatlarının qeydə alınması üçün vətəndaş ərizə ilə müraciət edərək müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsinin, tibb təhsili barədə diplomun, ixtisaslaşma sənədinin və əmək kitabçasının (qeyd: işlədiyi halda iş yerindən təsdiq olunmuş surəti)) surətlərini ərizəyə əlavə etməlidir.

Azərbaycan Respublikasının ərazisində tibb işçisi kimi fəaliyyət göstərməyə Səhiyyə Nazirliyi tərəfindən məhdudiyyət qoyulmaması ilə bağlı vətəndaş ərizə ilə müraciət etməlidir. Ərizəyə müvafiq sənədlərin (şəxsiyyət vəsiqəsinin, tibb təhsili barədə diplomun, ixtisaslaşma sənədinin və əmək kitabçasının (qeyd: işlədiyi halda iş yerindən təsdiq olunmuş surəti)) surətlərini əlavə etməlidir. Müvafiq sorğular göndərilib cavablar alındıqdan sonra arayış ərizəçiyə təqdim edilir.

Xarici ölkələrdə orta tibb təhsili alan şəxslər diplomun təsdiqi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etməlidirlər. Ali tibb təhsili alan şəxslər ilk olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyində diplomun ekvivalentliyini müəyyənləşdirdikdən sonra Səhiyyə Nazirliyinə müraciət etməlidirlər.

Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, tibb və əczaçılıq işçilərinin Azərbaycanda praktik tibb fəaliyyətinə  buraxılması üçün müraciətlər Səhiyyə Nazirliyinin internet saytında (www.health.gov.az) yerləşən “Elektron xidmətlər” bölməsi üzrə qəbul olunur. Bununla bağlı həmin xidmətdən istifadə edərək elektron müraciət olunmalıdır.