İnsan sağlamlığı ilə bağlı tibbi məsləhətlər

- Qalxanabənzər vəzinin normal vəziyyətini saxlamaq, həmçinin onun müalicəsi üçün bəzi tövsiyələrə əməl etmək lazımdır. İlk öncə xəstələrə qida rasionuna riayət etmək tövsiyə olunur:
• dəniz və tərkibində yod olan bütün məhsulları rasiona daxil etmək;
• adi duz yodlaşdırılmış duzla əvəz edilməlidir;
• yodun daha yaxşı mənimsənilməsi üçün selenium tərkibli qidaları və ya selenium əlavələrini rasionunuza daxil edin.
Qalxanabənzər vəzi xərçənginin, eləcə də diffuz düyünlü zobun qarşısının alınması düzgün qidalanma və pis vərdişlərdən imtina ilə başlayır. Toksik zobun səbəbi bir çox hallarda stress və qeyri-sağlam həyat tərzidir.

- Demək olar ki, bütün yaş qruplarında rast gəlmək olur. Amma xüsusilə uşaq və yeniyetmə dövründə daha tez rast gəlinir. Bu dövrdə digər baş verən fizioloji problemlərlə yanaşı, əlamətləri daha dəqiq təyin edərək xəstəlik vaxtında müəyyən edilməli və müalicəyə vaxtında başlanılmalıdır.

- Böyüklərdə olduğu kimi, uşaqlarda da bu vəzinin xəstəliklərinə rast gəlirik. Bu xəstəliklər həm vəzinin fəaliyyətinin az olması, həm çox fəaliyyət göstərməsi, həm də düyünləri ilə əlaqədar ola bilir. Müalicələri böyüklərdəki kimi aparılır. Tireoid xəstəlikləri də anadangəlmə, qazanılmış, müvəqqəti və daimi xarakter daşıya bilir.

- Fəqərəarası disk yırtıqları onurğanın hansı nahiyyəsində olmasından asılı olaraq müvafiq əlamətlərlə özünü göstərir. Fəqərəarası disk yırtıqlarının əsas əlamətlərindən biri ağrı sindromudur. Onurğanın hansı nahiyyəsində disk yırtığı yaranıbsa, həmin nahiyyədə olan lokal-yerli ağrılarla yanaşı, adətən bu ağrılar sıxılmış sinir boyunca yayılması ilə xarakterizə olunur. Belə ki, boyun nahiyyəsində olan yırtıqlar zamanı yuxarı ətraflarda (qollarda), bel nahiyyəsində olduqda aşağı ətraflarda (ayaqlarda), onurğanın döş nahiyyəsində olduqda isə qabırğalar boyunca yayılan ağrılar qeyd olunur. Ağrı sindromundan əlavə xəstələrdə müvafiq sinir boyunca hissiyat və hərəkət poğzunluqları da müşahidə oluna bilər ki, bu da onlarda yeriş pozğunluğuna, əmək qabiliyyətinin itirilməsinə gətirib çıxara bilir. Bu səbəbdən də xəstələrdə erkən mərhələlərdə düzgün diaqnozun qoyulması vacibdir.
Xəstəliyin diaqnozu MRT (Maqnit Rezonans Tomoqrafiya) vasitəsilə qoyulur. Əgər xəstədə müvafiq klinik əlamətlər varsa, yəni fəqərəarası diskin yırtığına uyğun əlamətlər təyin olunursa, MRT müayinəsi mütləqdir. Bəzən xəstələr səhvən ilkin olaraq KT müayinəsindən keçərək bizə müraciət edirlər. Lakin bu düzgün yanaşma sayılmır. Xəstədə ağrılar olarsa, onlar ilkin olaraq həkim-mütəxəssisə müraciət etməli və müayinə planını həkim təyin etməlidir. MRT müayinəsi vasitəsilə bir xəstənin diaqnozunu qoymaqla yanaşı müalicə taktikasını da seçirik.

- Son dövrlər insanların əsasən oturaq həyat şəraitinə meyilli olması ilə əlaqədar onurğa xəstəlikləri artıb. Demək olar ki, 20 yaşdan sonra əksər insanlarda ara-sıra bel ağrıları qeyd olunur. Bu da onurğa problemlərinin ilkin başlanğıc əlaməti kimi düşünülməlidir. Onurğanın ən çox rast gəlinən xəstəliklərindən biri fəqərəarası disklərin yırtıqlarıdır. Bundan əlavə, fəqərə sürüşmələri (spondilolistezlər), onurğa kanalının darlığı (stenozlar) da geniş yayılmış xəstəliklərdəndir.

- Süd vəzi törəmələri 90 faiz hallarda bədxassəli deyil. Süd vəzində yaranmış hər hansı bir xosxassəli şişin bədxassəli şişə çevrilməsi üçün uzun müddət tələb olunur. Bəzən isə xosxassəli şiş aşkar olan insanın düzgün olmayan həyat tərzi, zərərli vərdişləri, qeyri-sağlam qidalanması, hormonal preparatların nəzarətsiz istifadəsi və s. amillər bu müddəti qısaldaraq, şişlərin böyüməsinə və bədxassəli törəmələrin inkişafına səbəb ola bilər.
Süd vəzinin ən çox rast gəlinən xoşxassəli şişi olan fibroadenomalar 1 faiz hallarda bədxassəli şişə çevrilir. Ən çox bədxassəli şişə çevrilmə ehtimalı olan süd vəzinin xosxassəli şişi isə süd vəzinin axardaxili papillomalarıdır. Ədəbiyyatda bu riskin 10-33 faizə qədər olduğu haqda məlumatlar vardır.

- Bir çox xəstəliklər süd vəzlərinə də öz mənfi təsirini göstərə bilər. Bunlara sinir sistemi xəstəlikləri, qalxanvarı vəzidə olan müxtəlif dəyişikliklər, ginekoloji xəstəliklər, bir çox endokrin-metabolik xəstəliklər, genetik xəstəliklər, qaraciyər xəstəlikləri və başqalarını göstərmək olar.

- Süd vəzi xərçəngi süd vəzinin normal hüceyrələrindən əmələ gəlmiş şiş hüceyrələrinin çoxalması nəticəsində yaranır. Orqanizmin bütün hüceyrələri öz vəzifələrini yerinə yetirdikdən sonra məhv olur. Şiş hüceyrələrində isə bu mexanizm işləmir. Həmçinin şiş hüceyrələrinin inkişafı, artıb çoxalması orqanizmin tənzimedici mexanizmlərinə tabe olmadan baş verir. Əgər bu hüceyrələri məhv edən və ya inkişafını dayandıran kənar müdaxilələr olunmasa, onlar öz inkişaflarını fasiləsiz olaraq davam etdirirlər.

- Hemofiliyadan əziyyət çəkən insanların müalicəsi ilə bağlı son illər Azərbaycanda bir sıra mühüm tədbirlər görülüb. Prezident İlham Əliyevin “Hemofiliya və talassemiya irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında qanunun tətbiq edilməsi haqqında» Fərmanı bu qayğının bariz nümunəsidir. Həmçinin, 2005-ci ildə Dövlət Proqramı qəbul olunub, 2006-cı ildən isə qan laxtalandırıcı faktor preparatları ölkəmizə gətirilir və pasiyentlərə təmənnasız olaraq təqdim edilir.
Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin edilməsinə, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına səbəb olub.

- Faktor səviyyəsindən asılı olaraq, hemofiliya xəstələri 3 qrupa ayrılır:
• yüngül dərəcəli hemofiliya (faktor səviyyəsi 5-40 faiz arasında);
• orta dərəcəli (faktor səviyyəsi 1-5 faiz);
• ağır dərəcəli hemofiliya (faktor səviyyəsi ≤ 1 faiz).
Hemofiliya xəstələrində spontan və dayandırılması çətinlik yaradan qanamalar baş verə bilır. Orta dərəcəli hemofiliyalı xəstələrdə spontan qanama, əksər hallarda isə kiçik travma və ya minimal invaziv müdaxilə əsnasında belə uzun davam edən qanaxmalar izlənilir. Ağır dərəcəli faktor çatışması olan hemofiyalı xəstələrdə isə heç bir müdaxilə olmadan belə çox ağır qanaxmalar baş verir.

- Astmaya hər yaşda rast gəlinə bilər. Amma uşaqlarda bronxial astmanın ilk əlamətləri əsasən 80 faiz hallarda 5 yaşdan əvvəl başlayır. Yeniyetməlik dövründə isə astma tutmaları azala və ya simptomsuz ola bilər. Amma yetkinlik dövründə yenidən tutmalar başlayır.

- Xəstəliyin kəskinləşməsinə səbəb allergenlə kontakda olmaq və ya orqanizmin özünün müqavimətinin zəifləməsi aiddir. Allergenlərə ev tozu, kəskin qoxular, duman, akvarium balıqları üçün yem, ev heyvanlarının tükü, tütün dumanı, soyuq hava, boyaların, dezodorantların, ətirlərin kəskin qoxusu, bəzi dərman maddələri, kimyavi maddələr aiddir. Bununla yanaşı, yuxarı tənəffüs yollarının infeksiyaları, viral infeksiyalar, fiziki aktivlik, stres də bronxial astamanın kəskinləşməsinə səbəb ola bilər.

- Astma hava yollarının xarici faktorlara qarşı həssaslığının artması və tənəffüs yollarının pozulması ilə müşahidə olunan xroniki bir xəstəlikdir. Bronxial astmanın forması və ağırlıq dərəcəsindən asılı olaraq xəstəliyin simptomları fərqlənə bilər.
Astmanın xarakterik simptomlarına aiddir:
• tutmaşəkilli nəfəs darlığı (nəfəsalmada çətinlik);
• xırıltılı nəfəs alıb vermə;
•təkrarlayan öskürək (xüsusən gecələr daha çox şiddətlənən);
•boğulma hissi;
• sinədə ağrı və sıxılma hissi.
Bronxial astma tutmaları arasındakı fasilələr zamanı xəstəliyin simptomlarının olmaması ilə xarakterizə olunur.

- Hamiləlik zamanı yeniyetmələrdə daha tez-tez qan təzyiqinin qalxması (hipertoniya), qan azlığı (anemiya), preeklampsiya dəqiq səbəbi məlum olmayan hamiləliyin 2-ci yarısında qan təzyiqinin qalxması və sidik ilə zülalın itirilməsi (proteinuriya) müşayiət olunur. Bu vəziyyət ağır hallarda ana və körpənin həyatı üçün təhlükə yarada bilər. Yeniyetmələrdə doğuşdan sonrakı depressiya halları da daha tez-tez müşahidə olunur.
Doğuş zamanı yeniyetmələrdə çanağın fiziki yetişkənliyi başa çatmadığı səbəbindən obstruktiv doğuş (adekvat doğuş fəaliyyətinə baxmayaraq, doğum kanalında dölün gələcək hissəsinin irəliləyişi müşahidə olunmur), ləng doğuş, qanaxma, həmçinin eklampsiya (çox vaxt dölün və ananın ölümü ilə nəticələnə bilən qıcolmalar) kimi fəsadlara daha tez-tez rast gəlinir.

- Ananın fiziki problemləri səbəbindən doğulan uşaqların azçəkili olması ehtimalı daha yüksəkdir və bununla bağlı onların xəstələnmə ehtimalı da artır. Əhəmiyyətli amillərdən biri də demək olar ki, özü uşaq olan anaların körpələri böyütmək üçün kifayət qədər bilik və bacarıqlarının olmamasıdır. Bu qadınların reproduktiv sağlamlıq haqqında əsas məlumatlarının yoxluğu, çatışmaması, cinsi münasibətləri müzakirə etmək bacarıqlarının olmaması özlərinin, eyni zamanda körpələrinin sağlamlığına ciddi təhlükə yaradır.

- Bunlar ÜST-nin bir neçə tövsiyəsidir:
• Hamiləlik üçün optimal yaş 18-35-dir;
• Doğuşdan növbəti hamiləliyə qədər ən azı 2 il fasilə olmalıdır;
• Doğuşların sayı dörd və daha çox olduqda ana və uşağın sağlamlığı üçün risk artır. Amma bu demək deyil ki, ailədə dörd və daha çox uşaq olmamalıdır. Bu o deməkdir ki, çox uşaq istəyənlər göstərilən fasiləni gözləməli və daha ciddi həkim nəzarəti altında olmalıdır.

- Erkən nikah nikahda olan fərdlərə, onların uşaqlarına, ümumilikdə ailə institutuna (sisteminə) və bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Erkən nikaha daxil olan qızlar ana və uşaq ölümü, təhsildən və inkişafdan məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, məişət zorakılığı kimi ciddi problemlərlə üzləşirlər.
Erkən nikah ilk növbədə uşaq hüquqlarının pozulması ilə səciyyələnir. Azərbaycan tərəfindən 1992-ci ildə ratifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyasında qeyd olunur ki, 18 yaşına çatmamış hər bir kəs uşaq sayılır. Ona görə də 18 yaşına çatmadan nikaha daxil olmaq uşaqlıq dövrünün qısaldılması, uşaqların əsas hüquqlarının pozulması deməkdir. Digər tərəfdən, Azərbaycan qanunvericiliyinə görə, ancaq rəsmi şəkildə qeydiyyata alınan nikahlar qanuni hesab edilir.
Ailə Məcəlləsində qeyd edilir ki, valideynlik hüquqları heç bir halda uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Məcəllədə həmçinin qeyd olunur ki, hüquqlarından istifadə edərkən valdeynlər uşağın mənəvi, fiziki və psixi sağlamlığına zərər gətirə bilən hərəkətlərdən çəkinməlidirlər.

- Ailənin 18 yaşından tez qurulması erkən nikah hesab edilir. Erkən nikahı qadağan edən qanun və qaydaların olmasına baxmayaraq, bir çox ölkələrdə bu praktika hələ də mövcuddur. Təəssüf ki, Azərbaycanda da erkən nikah halları istisna deyil.

- Bu, süd çatışmazlığı olan anaları ən çox maraqlandıran sualdır. Qeyd etmək istəyirəm ki, sağlam yuxu rejimi laktasiya dövrü üçün son dərəcə vacib amildir, çünki məhz yuxu zamanı qadınlarda ana südü istehsalına cavabdeh olan prolaktin hormonunun səviyyəsi artır. Südverən analara həmçinin çoxlu maye qəbulu (hər gün ən azı 10-12 stəkan su) lazımdır. Bundan başqa, ananın sağlam qidalanması (protein, karbohidrat, vitaminlərlə zəngin olan meyvə və tərəvəzlər) çox önəmlidir. Həmçinin, şüyüd suyu, qara çörəkotu, cirə, arpa, ispanaq, çuğundur yarpağı, sarımsaq, kətan toxumu və yulafın südü artırdığı elmi cəhətdən təsdiq olunub.
Südü artıran dərman yoxdur, lakin bəzi dərmanlar əlavə təsiri kimi süd əmələ gətirən hormonları artıra bilir. Bu dərmanları istifadə etmədən öncə mütləq həkimlə məsləhətəşmək lazımdır, çünki özbaşına istifadə həm onların, həm də körpələrinin səhhəti üçün təhlükəli ola bilər.

- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpələrin ilk 6 ay yalnız ana südü ilə qidalanmasını, 6 aydan sonra isə əlavə qidalarla birlikdə 2 yaşa qədər əmizdirilmənin davam etməsini tövsiyə edir. 1 yaşa qədər nə qədər əlavə qidalara keçsək də, əsas qidalanma mənbəyinin ana südü olduğunu unutmamalıyıq.
Ana südü ilə qidalandırma yeni doğulmuş uşağın inkişafı üçün lazım olan ilkin təməl ehtiyaclarını tam təmin edir. Hər körpə üçün ən ideal qida öz anasının südüdür.
Qeyd etmək istəyirəm ki, uzunmüddətli südvermənin həm körpəyə, həm də anaya bir çox faydaları var.
Uzunmüddətli südvermənin faydalarına aiddir:
• Beynin inkişafını dəstəkləyir;
• Ana südü ilə qidalanma sonrakı illərdə ürək xəstəlikləri, piylənmə, diabet, xərçəng və s. kimi xroniki xəstəliklərin yaranma riskini azaldır;
• Ana südünün qida dəyəri çox yüksək olduğuna görə uşağın ehtiyaclarını tam qarşılayır;
• Onun tərkibindəki qoruyucu hüceyrələr və immunoqlobulinlər hər zaman uşağı qoruyur;
• Ananı yumurtalıq və süd vəzi xərçəngindən qoruyur;
• Doğumdan sonra ananın daha tez toparlanmasına yardımcı olur.
Onu da qeyd etmək istəyirəm ki, uzunmüddətli südvermənin uşağa psixloji olaraq heç bir neqativ təsiri yoxdur.

- Dərman vasitələrinin həkimə müraciət etmədən nəzarətsiz istifadəsi əksər hallarda mənfi reaksiyalara səbəb olduğunu bilmək vacibdir. Belə ki, mütəxəssislər ciddi xəstəliklərin inkişafını, o cümlədən allergik reaksiyalar, qaraciyərin toksiki zədələnməsi, zehni fəaliyyətin pisləşməsi, görmə qabiliyyətinin azalması və ya tamamilə itirilməsi, ürək və damar xəstəlikləri və s. qeyd edirlər.
Ev şəraitində həkim nəzarəti olmadan aparılan müalicə xəstəliyin klinik gedişatını həm gizlədə, həm də dəyişdirə bilər. Nəticədə xəstəliyin diaqnozu və müalicəsi ilə bağlı müəyyən çətinliklər yaranır. Evdə həkim nəzarəti olmadan dərmanların istifadəsi yolverilməzdir.

- Qida maddələrinin optimal nisbəti ilə xarakterizə olunan qidalanma balanslaşdırılmış adlanır. Balanslaşdırılmış qidalanma insan orqanizmi üçün gündəlik rasionda zülalların, amin turşularının, yağların, karbohidratların, vitaminlərin optimal nisbətini təmin edir.
Bunun üçün sağlam qidalanmanın əsas qaydalarına riayət etmək lazımdır, yəni:
• Özünüz üçün optimal porsiya ölçüsünü seçməlisiniz;
• Rasionun tərkibində həm bitki, həm də heyvan mənşəli məhsullar olmalıdır;
• Qida məhsulları mümkün qədər təzə olmalıdır;
• Qida rasionunda kifayət qədər meyvə-tərəvəz olmalıdır. Tərkibindəki vitaminlər və mineral maddələr həzm prosesinə faydalı təsir göstərir. Eyni zamanda, bağırsaqları stimullaşdırır və orqanizmi zəruri maddələrlə təmin edir;
• Qidalar mümkün qədər çox çeynənilməlidir;
• Rasionda şirniyyatlar və un məmulatları minimuma endirilməlidir.

Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur. Heyvanlarda xəstəliyin gizli (latent) dövrü 10 gün, bəzən 3-8 həftəyə qədər davam edə bilər. Əksər hallarda ağız suyu axması və qusma heyvanlarda quduzluğun ümumi simptomlarıdır. Heyvanlar gizli dövrün sonunda (xəstəlik təzahürlərindən 2-10 gün əvvəl) yoluxucu olur.
İnsanlarda quduzluğun gizli dövrü əsasən 1-2 ay davam etsə də, lakin bəzi hallarda bu müddət bir həftəyə qədər azala bilər. Gizli dövrün davamlığı xəstənin yaşından, immun vəziyyətindən, zədələnmənin xarakterindən (cırmaqlama, dişləmə, tüpürcəkləmə) və lokalizasiyasından (mərkəzi sinir sisteminə yaxınlığından) asılıdır. Uşaqlarda gizli dövr daha qısa olur.

Quduzluq mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri ilə səciyyələnən virus mənşəli ağır infeksion zoonoz xəstəlikdir. Virus xəstə heyvanların tüpürcəyi ilə ifraz olunduğundan xəstəlik daha çox quduz heyvanların dişləməsi nəticəsində baş verir. Xəstəliyin törədicisi miksoviruslar qrupunun “Rhabdoviridae” ailəsinin Lissavirus cinsinə aid olan RNT tərkibli neyrotrop virusdur (Rabies virus).
Xəstəlik insana quduz heyvanların dişləməsi, cırmaqlaması və ya heyvanların ağız suyu ilə zədələnmə nahiyəsinin bulaşması nəticəsində keçir. Virus zədə nahiyəsindən insan orqanizminə daxil olduqdan sonra törədici sinir kökləri vasitəsilə mərkəzi sinir sisteminə daxil olur ki, orada viruslar toplanır və ensefalit inkişaf edir. Sonradan bu virus tüpürcək vəzilərinə daxil olaraq intensiv şəkildə çoxalmağa başlayır.