...

Səhiyyə Nazirliyinin əməkdaşları şəhid məzarlarını ziyarət edib

27 sentyabr – Azərbaycanın doğma torpaqlarını işğaldan azad etmək uğrunda milli iradəmizin, hərbi-siyasi gücümüzün ən qəti şəkildə ortaya qoyulduğu, milli ruh və həmrəyliyimizin zəfər çaldığı tarixi bir gündür. Bu gün, həm də müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda apardığımız haqq mübarizəsinin, xalqımızın əzmkarlığının və şəhidlərimizin fədakarlığının dərin hörmətlə yad edildiyi bir gündür.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi və Nazirliyin tabeliyində olan müəssisələrin baş həkimləri bu əlamətdar gün münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər. İlk olaraq Naxçıvan şəhər qəbirstanlığında, daha sonra isə Əliabad qəbirstanlığında şəhid məzarlarını ziyarət edən kollektivi, qəhrəman Vətən oğullarının əbədiyaşar xatirəsinə dərin ehtiramla gül dəstələri təqdim edərək, onların fədakarlığını ürəkdən yad ediblər. Bu ziyarət, xalqımızın öz şəhidlərinə və milli mübarizəyə olan sarsılmaz hörmət və bağlılığının bir daha təzahürü kimi önəmli əhəmiyyət daşıyır.